Haqqımızda

Şirkət neft-qaz və maşınqayırma sənayesinin satınalma ehtiyaclarını ödəmək üçün 2013-cü ildən etibarən Azərbaycanda – Bakıda özünü formalaşdırmağa başlamışdır. Bizi etibarlı tərəfdaş edən bir sıra istiqamətlərdə çalışmaqla əməliyyatlarda mükəmməllik əldə etdik. Məhsulların və xidmətlərin bütün müqavilə şərtlərinə və müddəalarına uyğun olacağına zəmanət veririk.
MONT ES olaraq, tikinti ehtiyaclarınızın düzgün istismar və icra tələblərinə uyğun olmasına təminat vermək məqsədilə ən etibarlı resursunuz olmaq üçün yanınızdayıq. Məram və öhdəliyimiz ilə uzunmüddətli sənaye təcrübəmizə və təqdirəlayiq bilik, bacarıq və səriştəmizə əsaslanaraq biz hər bir layihənin spesifik ehtiyaclarına diqqət yetiririk və sifarişçilərimizə yüksək keyfiyyətli, xərclərə qənaət edən həll yollarını təqdim edirik.
Bütün işçilərimizin bilik, bacarıq və münasibətindən effektiv istifadə etməyimiz və onları inkişaf etdirməyimiz MONT ES-in davamlı uğurunun əsas amilidir.
Şirkətimiz, davamlı inkişafa malik bütün fəaliyyət növləri vasitəsilə mükəmməlliyə nail olmaq və bugünkü Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatında katalizator rolunu oynamaq niyyətindədir.

  • Keyfiyyət
  • Dəqiqlik
  • Texniki təhlükəsizlik
  • Etibar

Biz işə qəbul edirik. İstedadlı Komandamıza Qoşulun.

Tərəddüd etmədən bizimlə əlaqə saxlayın və tərcümeyi-halınızı göndərin.

ÜMUMİ MƏLUMAT

Təchizat sahəsində aparıcı şirkət olaraq MONT ES həyata keçirdiyi layihələrin keyfiyyətinin sifarişçilərinin gözləntilərinə uyğun olmasına təminat verməyə yönələn fəaliyyət növlərini yerinə yetirmək niyyətindədir.

MƏQSƏDLƏR

Keyfiyyət idarəetmə sistemimizin işlərlə bağlı tenderin keçirilməsi, müqavilənin podratçılığa verilməsi, işlərin planlaşdırılması, icra edilməsi və təhvil verilməsi ilə əlaqədar idarəetmə vasitəsi kimi istifadə olunmasına təminat verəcəyik.

Xətaların qarşısının alınması və xərc tələb edən nasazlıqlara və zərərlərə yol verilməməsi üçün Keyfiyyət İdarəetmə Sisteminin istifadə olunmasına təminat verəcəyik.

Məhsulların çatışmazlıq olmadan təhvil verilməsini və qüsurlar barədə bildirişlərin dərhal cavablandırılmasına və mümkün qədər tez olaraq onların aradan qaldırılmasına təminat verəcəyik.

Bizimlə əməkdaşlıq edən tərəfləri tam qane etmək üçün işlər təcrübəli işçilər və mühəndis-məsləhətçilər tərəfindən aparılacaqdır.

Bütün işgüzar fəaliyyətimizin əsasını təşkil edən dəyərlərə aşağıdakılar daxildir:

 

  • Keyfiyyət – Ən yüksək beynəlxalq keyfiyyət standartlarına uyğun məhsul və xidmətləri təmin edəcəyimizə və tanıtdıracağımıza inanırıq.
  • Artım və həcm – Gələcək uğurun sürətlə inkişaf edən müxtəlif bazarların müəyyənləşdirilməsindən asılı olduğunu hesab edirik və bu bazarların tələbatına cavab verən işgüzar fəaliyyət növlərini təşviq edəcəyik.
  • Etik və hüquqi davranış – Yerli və beynəlxalq hüquqi prinsiplərə nəzərən, fəaliyyətimizi vicdanla və dürüstlüklə qururuq.